Rusiya sərhədçilərinin Ermənistan paytaxtındakı “Zvartnots” aeroportundan çıxarılması məsələsi artıq həll olunub.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Spiker qeyd edib ki, İrəvan və Kreml bu məsələni müzakirə etmir, hərbçilər avqustun 1-nə kimi aeroportu tərk edəcəklər.
Simonyan həmçinin bildirib ki, İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması mövzusunu da müzakirə etmirlər və əlavə edib ki, ölkəsi hazırda Avropa İttifaqına daxil olmaq üçün müraciət məsələsini nəzərdən keçirmir.
çap et