525.Az

ABŞ klubu Jiru ilə razılıq əldə etdi


 

ABŞ klubu Jiru ilə razılıq əldə etdi<b style="color:red"></b>

"Milan"ın hücumçusu Olivye Jiru ABŞ-da çıxış edə bilər.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, "Los-Anceles"nin fransalı futbolçu ilə iyulun 1-də müqavilə imzalanması ilə bağlı şifahi razılıq əldə etdiyini bildirib.

Bu həftənin əvvəlində ABŞ klubu 37 yaşlı forvard üçün "Milan"a rəsmi təklif göndərib və artıq tərəflər arasında ilkin razılaşma olub.

Qeyd edək ki, Jiru bu mövsüm "Milan"da 36 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

 





27.03.2024    çap et  çap et