525.Az

Britaniya Rusiyanın Moskva terroru ilə bağlı iddialarını rədd edib


 

Britaniya Rusiyanın Moskva terroru ilə bağlı iddialarını rədd edib<b style="color:red"></b>

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiyanın Moskvadakı “Crocus City Hall” konsert salonunda törədilən terror aktının arxasında Qərbin və Ukraynanın dayanması ilə bağlı iddialarını “cəfəngiyyat” adlandırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kemeron "X" hesabındakı paylaşımında Moskvadakı terror aktının arxasında Qərbin və Ukraynanın dayandığına dair iddiaların “tamamilə cəfəngiyyat” olduğunu bildirib.

Nazir Kemeron: "ABŞ-nin bu hücumun yeganə məsuliyyətinin İŞİD-də olduğunu açıq şəkildə ifadə edən açıqlamalarını dəstəkləyirik", - deyib.

Malik Atilay

 





27.03.2024    çap et  çap et