525.Az

Pakistanda bombalı hücumda 6 nəfər ölüb


 

Pakistanda bombalı hücumda 6 nəfər ölüb<b style="color:red"></b>

Pakistanın şimal-şərqindəki Hayber Paxtunxva əyalətinin Şanqla bölgəsində törədilən bombalı hücum nəticəsində 5-i çinli olmaqla 6 nəfər ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Şanqlada polis məmuru Bakhat Zahir hücumla bağlı açıqlama verib.

Zahir bildirib ki, hücum partlayıcı ilə dolu avtomobilin başqa bir avtomobilə çırpılması nəticəsində baş verib.

Hücum nəticəsində 5 çinli sərnişinlə yanaşı, nəqliyyat vasitəsinin sürücüsünün də həlak olduğunu bildirən Zahir sərnişinlərin inşaat işçiləri və mühəndislər olduğunu bildirib.

Malik Atilay

 





27.03.2024    çap et  çap et