525.Az

Floridada 14 yaşdan kiçiklərə sosial media qadağası


 

Floridada 14 yaşdan kiçiklərə <b style="color:red">sosial media qadağası</b>

ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini imzalayıb. Qanunun 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis, 14 yaşından kiçik uşaqların sosial media hesabı açmasını qadağan edən və 14-15 yaşlı uşaqların valideynlərinin razılığı ilə hesab açmasına icazə verən qanunla bağlı açıqlama verib.

Qubernator DeSantis, sosial medianın uşaqlara depressiya, özünə zərər vermə və intihar kimi müxtəlif yollarla zərər verdiyini bildirib.

DeSantis uşaqların yaş yoxlama xüsusiyyəti ilə pornoqrafik internet saytlarına daxil olmasının qarşısını almağı hədəfləyən qanunun valideynlərə uşaqlarını qorumaq imkanı verəcəyini bildirib.

Malik Atilay

 





27.03.2024    çap et  çap et