525.Az

Moskva hücumundan sonra Avropada terror həyəcanı


 

Moskva hücumundan sonra Avropada <b style="color:red">terror həyəcanı</b>

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktından sonra Avropada təhlükəsizlik tədbirləri gücləndirilib. 

525.az xarici mediaya əsasən xəbər verir ki, terror təşkilatı İŞİD-in üzərinə götürdüyü hücumdan sonra ölkələr bir-birinin ardınca addımlar atıb.

Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi Avropa ölkələrində panikaya səbəb olub.

Fransada terror təhlükəsi xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb.

Paytaxt Parisdə polis qrupları Eyfel qülləsi və Luvr yaxınlığında nəzarəti gücləndirib.

İtaliyada da təhlükəsizlik səviyyəsi artırılıb.

İtaliya Daxili İşlər Nazirliyi Moskvadakı hücumun antiterror tədbirləri çərçivəsində diqqətlə təhlil edildiyini bildirib.

Təhlükəsizlik qüvvələrinin qatar stansiyaları, hava limanları və səfirliklər kimi həssas nöqtələrdə müşahidə və nəzarət fəaliyyətlərini gücləndirəcəyi qeyd edilib.

Malik Atilay

 





27.03.2024    çap et  çap et