525.Az

Böyük Britaniyadan Çinə sanksiyalar


 

Böyük Britaniyadan Çinə <b style="color:red">sanksiyalar</b>

İngiltərə dövlət tərəfindən maliyyələşdirildiyini iddia etdiyi hakerləri “zərərli” kiberhücum etməkdə ittiham etdikdən sonra Çinə qarşı sanksiyalar tətbiq edib.

525.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş nazirin müavini Oliver Dowden deyib ki, deputatlara və Seçki Komissiyasına qarşı pis niyyətli hücumlar “Çindən düşmən niyyətini göstərən aydın və davamlı davranış nümunəsidir”.

Hücumda 40 milyon seçicinin şəxsi məlumatlarının oğurlandığı iddia edilib.

Hücumlarla əlaqədar Çinin iki hökumət rəsmisi və Çin hökuməti ilə əlaqəsi olan bir şirkətə qarşı sanksiyalar elan edilib.

Malik Atilay

 





27.03.2024    çap et  çap et