525.Az

1,13 milyard dollarlıq lotereya qazandı


 

1,13 milyard dollarlıq lotereya qazandı<b style="color:red"></b>

Nyu-Cersi ştatından olan bir şəxs təxminən 1,13 milyard dollar dəyərində "Mega Millions" lotereyasında qalib gəlib.

525.az xəbər verir ki, səlahiyyətlilər ABŞ tarixində beşinci ən böyük cekpotun verildiyi "Mega Millions" lotereyasının sahibini tapdıqlarını açıqlayıb. Təxminən 4 aya yaxındır davam edən və Nyu-Cersidən olan şanslı qalibin qazandığı lotereyanın uğurlu nömrələri 7, 11, 22, 29, 38 və 4 olub.

Belə ki, ölkənin müxtəlif bölgələrindən olan 13 bilet sahibi çəkilən ilk 5 topun nömrələrini uyğunlaşdırmaqla ən azı 1 milyon dollar məbləğində mükafat qazanıb.

Qeyd edək ki, Nyu-Yorkdan olan bir nəfər də 2 milyon dollar qazanıb.

Məhəmməd Tağıyev

 





27.03.2024    çap et  çap et