525.Az

İsrail ordusu Livan sərhədində bəzi yolları nəqliyyata bağlayıb


 

İsrail ordusu Livan sərhədində bəzi yolları nəqliyyata bağlayıb<b style="color:red"></b>

İsrail ordusu qarşıdurma səbəbiylə gərginliyin artdığı Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb.

525.az xəbər verir ki, ordunun Livan sərhədində bəzi yolları nəqliyyata bağlamasının bölgədə artan gərginliyin ardınca gəldiyi qeyd edilib.

Belə ki, bağlanan yollar Yuxarı Qaliley bölgəsinin Livan sərhədinə yaxın əraziləri əhatə edir.

Qeyd edək ki, bu gün səhər saatlarında Hizbullah Livanın cənubundan İsrailin şimalındakı Kiryat Şmona bölgəsinə raket hücumu təşkil edib və hücumda bir nəfərin öldüyü bildirilib.

Məhəmməd Tağıyev

 





27.03.2024    çap et  çap et