Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun magistral yolda aşması nəticəsində 5 nəfər ölüb.
525.az xəbər verir ki, Saksoniya polisinin verdiyi açıqlamaya görə, qəza A9 avtomobil yolunda Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında baş verib.
Leypsiq polisinin sözçüsü Olaf Hoppe verdiyi açıqlamada qəzanın necə baş verdiyini müəyyən etmək üçün işlərin davam etdiyini bildirib.
Hoppe: "İndiyədək diqqətimiz xilasetmə qruplarına yönəlib. Çünki çoxlu yaralı və azı 5 ölü var. Ona görə də səhiyyə ön plandadır", - deyib.

Məhəmməd Tağıyev
çap et