525.Az

Serbiyanı çətin günlər gözləyir - Vuçiç


 

Serbiyanı çətin günlər gözləyir - <b style="color:red">Vuçiç</b>

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsini çətin günlərin gözlədiyini bildirib.

525.az xəbər verir ki, Vuçiç sosial media hesabındakı paylaşımında ölkəsini çətin günlərin gözlədiyini və yaxın günlərdə bu barədə serb xalqını məlumatlandıracağını açıqlayıb. Vuçiç hazırda açıqlaması asan olmayan xəbəri son 48 saatda aldıqlarını bildirib.

Vuçiç paylaşımda: "Onlar Serbiyanın həyati əhəmiyyətli milli maraqlarını birbaşa təhlükə altına qoyurlar", - deyə qeyd edib.

Məhəmməd Tağıyev

 





27.03.2024    çap et  çap et