525.Az

Qəzzada ölənlərin sayı 32 min 490-a yüksəlib


 

Qəzzada ölənlərin sayı 32 min 490-a yüksəlib<b style="color:red"></b>

Qəzza zolağına hücumlarda həyatını itirənlərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 32 min 490-a yüksəlib.

525.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında 173 gündür davam edən Qəzza zolağındakı vəziyyətlə bağlı məlumat verilib.

Belə ki, otyabrın 7-dən etibarən Qəzza zolağına edilən hücumlarda həyatını itirənlərin sayının 32 min 490, yaralıların sayının isə 74 min 889-a çatdığı açıqlanıb.

Məhəmməd Tağıyev

 





27.03.2024    çap et  çap et