525.Az

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb


 

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb<b style="color:red"></b>

Çin atmosfer və kosmos mühitinin müşahidəsi üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib.

525.az xəbər verir ki, "Yünhay-2 03" peykləri "Long March 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Peyk Mərkəzindən buraxılıb.

Orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdiyi bildirilən peyklərin atmosfer və dəniz mühitinin müşahidəsi və kosmik mühitin tədqiqi üçün istifadə ediləcəyi bildirilib.

Qeyd edək ki, buraxılış "Long March" raketləri ilə həyata keçirilən 514-cü uğurlu nəqliyyat missiyası olub.

Məhəmməd Tağıyev

 





27.03.2024    çap et  çap et