525.Az

Belqorodda raket təhlükəsi


 

Belqorodda raket təhlükəsi<b style="color:red"></b>

Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib.

525.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat verilib.

Şəhər və rayon sakinləri imkan daxilində evdə qalmağa, pəncərələrə yaxınlaşmamağa çağırılıb.

Qeyd edək ki, bundan əvvəl Belqorodda atışma nəticəsində bina uçub və həyətdəki bir neçə avtomobilə ziyan dəyib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, 24 saat ərzində Belqorod vilayətində pilotsuz təyyarələrin hücumları nəticəsində onlarla fərdi ev və avtomobil, iki yüzdən çox mənzil zərər görüb.

Havar Şəfiyeva 

 





27.03.2024    çap et  çap et