525.Az

“Crocus” terrorunda təqsirləndirilən şəxsin ailəsi nəzarətə götürülüb


 

“Crocus” terrorunda təqsirləndirilən şəxsin ailəsi nəzarətə götürülüb <b style="color:red"></b>

Tacikistanda Moskva vilayətində "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə təqsirləndirilən 25 yaşlı Şəmsidin Fəriduninin ailəsinin evi nəzarətə götürülüb.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, mənzil respublikanın paytaxtı Düşənbədən 50 kilometr aralıda, Hisar şəhəri yaxınlığındakı Loyob kəndində yerləşir. 

Jurnalistlər müttəhimin qonşusu ilə danışa biliblər - onun sözlərinə görə, kişinin bütün qohumları polislər tərəfindən Düşənbəyə aparılıb. 
Qeyd olunur ki, Fəriduni Tacikistanda çörəkçi işləyib.

Tacikistan Daxili İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Fəriduni altı ay əvvəl Rusiyaya köçüb.

Havar Şəfiyeva

 





27.03.2024    çap et  çap et