525.Az

Krakovda Novruz bayramı tədbiri keçirilib


 

Krakovda Novruz bayramı tədbiri keçirilib<b style="color:red"></b>

“Xarı bülbül” Dünya Azərbaycanlıları Assosiasiyası və Krakov Mədəniyyət Mərkəzinin dəstəyi ilə Polşanın Krakov şəhərində Novruz bayramı tədbiri keçirilib.

525.az xəbər verir ki, tədbirdə Krakovda yaşayan Azərbaycan icmasının istedatlı gəncləri xalq mahnıları və Novruz bayramına aid mahnılar səsləndirib, Azərbaycan rəqsləri ifa ediblər. Bayram ab-havasına uyğun olaraq tədbir iştirakçıları yumurda döyüşüblər, Keçəl ilə Kosanın tamaşası göstərilib, Novruz nəğmələri səsləndirilib, səhnəciklər nümayiş olunub. Musiqili proqramla davam edən tədbirin sonunda qonaqlar tonqal ətrafında Yallı rəqsi ifa ediblər.

 





27.03.2024    çap et  çap et