525.Az

“Crocus” terroru ilə bağlı Tacikistanda aparılan istintaqa Prezident nəzarət edir


 

“Crocus” terroru ilə bağlı Tacikistanda aparılan istintaqa Prezident nəzarət edir<b style="color:red"></b>

Tacikistan Prezidenti Emoməli Rəhmon Moskvada konsert zalında törədilən terror aktı ilə bağlı aparılan istintaqın bir hissəsini şəxsi nəzarətinə götürüb.

525.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir. 

Təhlükəsizlik güclərindəki mənbə bildirib ki, dövlət başçısı Krasnoqorskda baş vermiş faciə ilə bağlı Düşənbədə aparılan istintaqın bir hissəsinə nəzarət edir. Hakimiyyət və yerli hüquq-mühafizə orqanları terror aktında təqsirləndirilən şəxslərin yaxınlarının da cəlb edildiyi istintaq-əməliyyat tədbirləri təşkil ediblər.

Havar Şəfiyeva

 





27.03.2024    çap et  çap et