525.Az

Yaponiyada pəhriz əlavəsi 100-dən çox insana mənfi təsir edib


 

Yaponiyada pəhriz əlavəsi 100-dən çox insana mənfi təsir edib<b style="color:red"></b>

Yaponiyada “Beni-koji” pəhriz əlavəsini qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada "Kobayashi Pharmaceutical Co." şirkətindən verilən məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji” qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Xəstələrin əksəriyyətinin “böyrək xəstəliyindən” şikayət etdiyi bildirilib.

Qeyd edək ki, yapon şirkəti sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqlayıb.

Malik Atilay

 





27.03.2024    çap et  çap et