525.Az

Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb


 

Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb<b style="color:red"></b>

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

525.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (APA).

 





28.03.2024    çap et  çap et