525.Az

Qərb bölgəsində çalışan alimlər “Elm günü”nü qeyd ediblər


 

​​​​​​​AMEA GƏNCƏ BÖLMƏSİNDƏ BU ƏLAMƏTDAR GÜNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLİB

Qərb bölgəsində çalışan alimlər “Elm günü”nü qeyd ediblər<b style="color:red"></b>

Müstəqil dövlətimizin inkişafında elmin aparıcı rolunu nəzərə alaraq, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb və bu dövlət sənədinə əsasən hər il mart ayının 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir.

525.az xəbər verir ki, Gəncədə də bu əlamətdar tarix ənənəvi olaraq, bölgədə çalışan alim və ziyalıların iştirakı ilə konfranslar, festivallar, sərgilər və elmimizin populyarlaşdırılmasına xidmət edən digər tədbirlərlə qeyd edilir.

Bu il də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsi tərəfindən 27 mart – “Elm günü” münasibətilə konfrans keçirilib.

Konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan meydana gələrək, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.

AMEA Gəncə Bölməsində bu əlamətdar gün münasibətilə düzənlənmiş sərgidə ictimai-humanitar, texniki, o cümlədən aqrar sahə üzrə fəaliyyət göstərən yerli alimlərin nailiyyətləri nümayiş olunub.

Elm gününə həsr edilmiş konfransda açılış nitqi ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə Respublikamızın ikinci şəhərində bu bölgədə fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Akademik Fuad Əliyev çıxışında həmçinin Gəncə və bölgədəki tədqiqatların istiqamətləri haqda danışıb, eləcə də elmi tədqiqat ocaqlarının maddi-texniki bazasının, onların cihaz və avadanlıq təchizatının yaxşılaşdırılması məsələsinin vacibliyinə toxunub. 

Gəncə  şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Elm Günü münasibətilə təbriklərini çatdırıb, alimlərimizin müstəqilliyimizin möhkəmləndirilməsinə və cəmiyyətin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. O, həmçinin Respublikamızın, o cümlədən onun ikinci şəhəri Gəncənin elmi potensialının yüksək olduğunu qeyd etməklə, alimlərin öhdəsinə Vətənimizin iqtisadi və sosial inkişafı naminə böyük vəzifələr düşdüyünü bildirib.

KonfransıdaAMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumların alim, mütəxəssis və tədqiqatçıları – “Gəncənin maarifçi ədəbiyyatşünasları”, “İctimai elmlər üzrə fəaliyyət göstərmiş Gəncənin tanınmış elm xadimləri”, “Qərb regionunun kimyaçı akademikləri”, “Azərbaycan kimya elminin baniləri”, “Qərb regionunun aqrar və biologiya üzrə tanınmış elm xadimləri” və ”Fizika-riyaziyyat elmləri üzrə tanınmış yerli alimlər” adlı elmi-populyar mövzular üzrə çıxış ediblər.

Konfransda həmçinin elmi və təşkilati fəaliyyəti ilə fərqlənən şəxslərə Elm günü münasibətilə Fəxri Fərman və Təşəkkürnamələr təqdim olunub.

Tədbirin sonunda Elm gününə həsr olunmuş konfransın iştirakçıları adından AMEA-nın prezidenti, akademik İsa Həbibəyliyə aşağıdakı müraciət qəbul edilib:

Onu da qeyd edək ki, Elm günü keçirilən tədbirlərin davamlı ənənəsi kimi, Gəncə ilə bağlı olan tanınmış akademiklərin - tibb elmimizin  görkəmli nümayəndəsi Zülfüqar Məmmədovun, Azərbaycan elektroenergetika elminin banisi Çingiz Cuvarlının və aqrar elmimizin inkişafında öz izi olan Məmmədtağı Cəfərovun şəhərin qədim “Səbzikar” qəbristanlığındakı məzarları da ziyarət olunub.

Zakir Muradov, Gəncə

 





28.03.2024    çap et  çap et