525.Az

Peruda zəlzələ olub


 

Peruda zəlzələ olub<b style="color:red"></b>

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri əhalisi 310 min nəfər olan Pukalpa şəhərindən 44 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 151 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

 





28.03.2024    çap et  çap et