525.Az

Xankəndidə silah-sursat aşkarlanıb


 

Xankəndidə silah-sursat aşkarlanıb<b style="color:red"></b>

Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

525.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 





28.03.2024    çap et  çap et