525.Az

Mədəniyyət naziri İmişlidə vətəndaşları qəbul edəcək


 

Mədəniyyət naziri İmişlidə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mədəniyyət naziri Adil Kərimli aprelin 19-da saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

525.az-a nazirlikdən verilən məlumata görə, qəbul Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla keçiriləcək.

Vətəndaşlar aprelin 16-dək Mil-Muğan Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 





28.03.2024    çap et  çap et