525.Az

İrlandiya İsrailə qarşı soyqırım işinə müdaxilə etməyə hazırlaşır


 

İrlandiya İsrailə qarşı soyqırım işinə müdaxilə etməyə hazırlaşır<b style="color:red"></b>

İrlandiya Cənubi Afrikanın İsraili soyqırımda ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə müdaxilə etməyə hazırlaşır.

525.az xəbər verir ki, İrlandiyanın baş nazirinin müavini Mişel Martin Nazirlər Şurasının iclasından əvvəl hökumət binası qarşısında jurnalistlərə açıqlama verib. Martin keçən həftə hüquq qrupu tərəfindən məlumatlandırıldığını bildirərək: "İşə müdaxilə etmək üçün əsasımız olduğuna inanırıq", - deyib.

Qəzzadakı vəziyyətin hazırda humanitar fəlakət olduğunu vurğulayan Martin, bölgəyə yardımların girişinin açıq şəkildə əngəlləndiyini vurğulayıb. Martin bunun Qəzza xalqı üçün ciddi zərər və təxribat olduğunu deyib.

Məhəmməd Tağıyev

 





28.03.2024    çap et  çap et