525.Az

Finlandiya Rusiya ilə bağlı xəbərdarlıq edib


 

Finlandiya Rusiya ilə bağlı xəbərdarlıq edib<b style="color:red"></b>

Finlandiya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (SUPO) Rusiyanın casusluğu və təsir riskinin yüksək olduğunu bildirib.

525.az xəbər verir ki, SUPO-nun dərc etdiyi illik hesabatda Rusiyanın əsas diqqətinin Finlandiyaya deyil, Ukraynaya yönəldiyi və bu səbəbdən də yaxın gələcəkdə ölkə üçün hərbi təhlükənin olmadığı bildirilib.

Belə ki, hesabatda Rusiyanın insan kəşfiyyatı əməliyyatları aparmaq qabiliyyəti zəifləsə də, Rusiyanın casusluğu və təsiri riskinin yüksək olaraq qaldığı xəbərdarlığı edilib.

Məhəmməd Tağıyev

 





28.03.2024    çap et  çap et