525.Az

Tunis sahillərində batan gəmidən 663 miqrant xilas edilib


 

Tunis sahillərində batan gəmidən 663 miqrant xilas edilib<b style="color:red"></b>

Tunisin cənub sahillərində qanunsuz miqrasiya cəhdi zamanı gəmiləri batan 5 miqrantın cəsədi tapılıb, 663 miqrant xilas edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Tunis Milli Qvardiya Baş Administrasiyasının sosial media hesabından qeyri-qanuni miqrasiya təşəbbüsləri ilə bağlı açıqlama verilib.

Açıqlamada: "Sfaks şəhəri sahillərində qarşısı alınan 16 nizamsız miqrasiya cəhdi zamanı 5 immiqrantın cəsədi tapılıb, 663 immiqrant xilas edilib. Hərbi Dəniz Qüvvələri və silahlı qüvvələrin mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir", - deyilib.

Malik Atilay

 





28.03.2024    çap et  çap et