525.Az

Almaniya Ukrayna ordusuna 10 min artilleriya mərmisi verəcək


 

Almaniya Ukrayna ordusuna 10 min artilleriya mərmisi verəcək<b style="color:red"></b>

"Bundesver" tezliklə öz ehtiyatlarından Ukraynaya 10 min artilleriya mərmisi köçürəcək.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq danışıb.

O qeyd edib ki, Kiyevə döyüş sursatının tədarükü üç mərhələdə həyata keçiriləcək. Belə ki, ilk mərhələdə 10 min mərmi köçürüləcək. İkinci mərhələdə Almaniya 180 min mərmi almaq xərclərini öz üzərinə götürmək niyyətindədir. Çatdırılmanın 2024-cü ilin dördüncü rübündə başlanması planlaşdırılır.

Qeyd edək ki, Kristian Freydinq Almaniyada ukraynalı döyüşçülərin hazırlığından da danışıb. Məlumata görə, bu günə qədər Almaniyada Ukrayna Silahlı Qüvvələrinin 10 min hərbi qulluqçusu hazırlanıb. Bu rəqəm 2024-cü ilin əvvəlindən təxminən 4 min nəfərdir.

Havar Şəfiyeva 

 





28.03.2024    çap et  çap et