525.Az

Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb


 

Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb<b style="color:red"></b>

Polis əməkdaşları ötən gün ölkə ərazisində 50 kiloqramdan artıq narkotik aşkarlayıblar.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.

 





29.03.2024    çap et  çap et