525.Az

Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaq


 

Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaq<b style="color:red"></b>

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar aprelin 10-14-ü tarixlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

525.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ marşrutu üzrə qatar reysləri ləğv edilir: "Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək".

"Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.

 





29.03.2024    çap et  çap et