525.Az

Məhəmməd Yunus UNEC rektorunun müşaviri təyin edilib


 

 Məhəmməd Yunus UNEC rektorunun müşaviri təyin edilib<b style="color:red"></b>

Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.

Bu barədə 525.az-a UNEC rektoru professor Ədalət Muradov deyib. Rektorun sözlərinə görə, Muhammad Yunus ona müraciət edib:

"Müraciətində professor Məhəmməd Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhfə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim. UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm".

Sevinc Qarayeva 

 





29.03.2024    çap et  çap et