525.Az

Avstraliyada qismən komendant saatı elan edilib


 

Avstraliyada qismən komendant saatı elan edilib<b style="color:red"></b>

Avstraliyanın Alis Sprinqs şəhərində baş verən şiddətli hadisələrin ardından fövqəladə vəziyyət elan ediləcəyi və gənclərə 2 həftə müddətində qismən komendant saatı tətbiq ediləcəyi açıqlanıb.

525.az xəbər verir ki, Şimal Ərazisi ştatının Alis Sprinqs şəhərinin bəzi yerlərində zorakılıq hadisəsi və xaos yaşanıb. Aralarında gənclərin də olduğu təxminən 70 nəfərin bir obyektə kərpic və ya daş ataraq hücum etməsinin görüntüləri sosial mediada yayılıb.

Belə ki, polis obyektə hücum edən 5 nəfəri saxlayıb və hücumda istifadə edilən 50-dən çox aləti müsadirə edib.

Qeyd edək ki, şəhərin kənarındakı bir bölgədə oxşar zorakılıq hadisələri zamanı təxminən 150 nəfər iştirak edib.

Məhəmməd Tağıyev

 





29.03.2024    çap et  çap et