525.Az

İtaliyadan İsrailə ÇAĞIRIŞ


 

İtaliyadan İsrailə <b style="color:red">ÇAĞIRIŞ</b>

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani İsraili Rəfaha girməməyə çağırdıqlarını və İsrailin bunun səhv olacağını başa düşəcəyinə ümid etdiyini bildirib.

525.az xəbər verir ki, Tayani: "Biz İsraili Rəfaha girməməyə çağırdıq. Ümid edirəm ki, İsrail bunun səhv olduğunu və nəticədə bir çox mülki vətəndaşın əziyyət çəkəcəyini anlayacaq", - deyib.

İsraildən Rəfahda müharibənin davam etməməsini istədiklərini vurğulayan Tayani, İtaliya hökuməti olaraq girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımı çatdırılmasının tərəfdarı olduqlarını bir daha vurğulayıb.

Məhəmməd Tağıyev

 





29.03.2024    çap et  çap et