525.Az

ABŞ-də çökən körpüdən çaya düşənlərdən daha 2-nin cəsədi tapılıb


 

ABŞ-də çökən körpüdən çaya düşənlərdən daha 2-nin cəsədi tapılıb<b style="color:red"></b>

ABŞ-nin Merilend ştatında yük gəmisinin vurması nəticəsində çökən Francis Scott Key körpüsündən çaya düşən daha iki nəfərin cəsədi tapılıb.

525.az xəbər verir ki, Merilend polisinin verdiyi açıqlamaya görə, 35 və 26 yaşlı iki nəfərin cəsədi suyun 8 metr dərinliyində tapılıb.

Açıqlamada dağıntılar səbəbiylə dalğıcların axtarış-xilasetmə işlərinə davam etməsinin təhlükəsiz olmadığı qeyd edilib və bu səbəbdən səylərin dağıntıların çıxarılmasına yönələcəyi vurğulanıb.

Məhəmməd Tağıyev

 





29.03.2024    çap et  çap et