525.Az

Husilər İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 86 gəmini hədəf alıb


 

Husilər İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 86 gəmini hədəf alıb<b style="color:red"></b>

Yəməndəki husilər noyabr ayından bu yana Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərəyə məxsus 86 gəmini hədəfə aldıqlarını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərə məxsus "Əl Məsirə" televiziyası Husilər Hərəkatının lideri Əbdülməlik əl-Husinin çıxışını yayımlayıb.

Husi çıxışında hərəkata bağlı Yəmən Hərbi Dəniz Qüvvələrinin bu həftə 9 gəmini hədəf aldığını, beləliklə də noyabr ayından bəri Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və Böyük Britaniyaya bağlı 86 gəmiyə hücum edildiyini bildirib. 

Husilərin bu həftə ərzində həyata keçirdiyi 10 əməliyyatda “düşmən” hədəflərinə 37 ballistik raket və pilotsuz uçuş aparatı ilə hücumlar təşkil etdiyini bildirən Husi, əməliyyatların İsrailin Eylat şəhərinə qarşı həyata keçirildiyini bildirib.

İsrailin Qırmızı dənizdə naviqasiyasının əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən Husi, İsrailin Qəzza zolağına hücumlarının dayanmadığı təqdirdə əməliyyatlarının davam edəcəyini vurğulayıb.

Malik Atilay

 





29.03.2024    çap et  çap et