525.Az

Cənubi Afrikada sərnişin avtobusu körpüdən aşıb: 45 ölü


 

Cənubi Afrikada sərnişin avtobusu körpüdən aşıb: <b style="color:red">45 ölü</b>

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən aşıb. Qəza nəticəsində 45 nəfər ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu Limpopo sərhəd bölgəsində körpüdən aşıb.

Qəzada avtobusda olan sərnişinlərdən 45-i həyatını itirib, 8 yaşlı uşaq isə yaralı halda xilas edilib.

Qeyd edək ki, Cənubi Afrikanın nəqliyyat naziri Sindisive Çikunqa mətbuata verdiyi açıqlamada qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Malik Atilay

 





29.03.2024    çap et  çap et