525.Az

İsrailin Dəməşqə hava hücumu təşkil etdiyi iddia edilir


 

İsrailin Dəməşqə hava hücumu təşkil etdiyi <b style="color:red">iddia edilir</b>

İsrailin Suriyanın paytaxtı Dəməşqdə bir binaya hava hücumu təşkil etdiyi iddia edilib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbələrə əsaslanaraq verdiyi xəbərdə yerli vaxtla saat 17:50-də Dəməşq çölündə bir binanın İsrail qüvvələrinin hava hücumuna məruz qaldığı iddia edilib.

Xəbərdə: "Havadan müdafiə sistemlərimiz Qolan təpələrindən gələn düşmən raketlərini ələ keçirərək əksəriyyətini vurub. Hücum zamanı 2 mülki vətəndaş yaralanıb", - bildirilib.

İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.

Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan Hizbullahının, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarının ünsürləri var.

Qeyd edək ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Malik Atilay

 





29.03.2024    çap et  çap et