525.Az

Roma Papası qadın məhbusların ayaqlarını yuyub


 

Roma Papası qadın məhbusların ayaqlarını yuyub<b style="color:red"></b>

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində 12 qadın məhbusun ayağını yuyub.

525.az xarici mediaya əsasən xəbər verir ki, Papa Fransisk Pasxa bayramından əvvəl “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasına gedərək orada 12 qadın məhbusun ayaqlarını yuyub.

"VaticanNews" xəbərində Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, peru və bosniya-herseqovinalı olduğu bildirilib.

Hz. İsanın çarmıxa çəkilməsindən bir gün əvvəl məhəbbətini göstərmək üçün 12 həvarisinin ayaqlarını yuması ilə başlayan Pasxa mərasimini davam etdirən və əvvəlki papalardan fərqli olaraq Papa Fransisk keşişlərin yerinə ehtiyacı olanların və ya məhbusların ayaqlarını yumağa üstünlük verir.

Digər tərəfdən, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert salonunda silahlı şəxslər tərəfindən həyata keçirilən və 143 nəfərin öldüyü terror hücumundan sonra İtaliya təhlükəsizlik qüvvələri ölkədə təhlükəsizlik tədbirlərini artırıb.

Malik Atilay

 





29.03.2024    çap et  çap et