525.Az

"Xiaomi" "Tesla" ilə rəqib olmağa hazırlaşır


 

"Xiaomi" "Tesla" ilə rəqib olmağa hazırlaşır<b style="color:red"></b>

Çinli smartfon istehsalçısı "Xiaomi" ilk elektrikli avtomobilini (EV) təqdim edib və bu gündən sifarişləri qəbul etməyə başlayacaq.

525.az xarici mediaya istinadən xəbər verir ki, CEO Lei Jun bu həftə Speed ​​​​Ultra 7 (SU7) 500.000 yuanın altında qiymətlənəcəyini bildirib.

Bu addım texnologiya nəhənginə "Tesla" və BYD kimi rəqiblərlə mübarizə aparmağa imkan verəcək.

"Xiaomi"nin elektrik avtomobil bazarına daxil olması satış artımının qlobal miqyasda yavaşlaması ilə əlaqədardır.

Şirkət ümid edir ki, SU7-nin telefonları, noutbukları və digər cihazları ilə paylaşılan əməliyyat sistemi mövcud müştəriləri cəlb edəcək.

"Counterpoint" tədqiqat şirkətinin məlumatına görə, "Xiaomi" təxminən 12 faiz bazar payı ilə dünyada üçüncü ən böyük smartfon satıcısıdır.

"Xiaomi"nin keçən ildən bəri tanıtdırdığı "SU7 Porsche" "Taycan" və "Panamera" idman avtomobil modelləri ilə müqayisə edilir.

Qeyd edək ki, "Xiaomi" qarşıdakı 10 il ərzində avtomobil biznesinə 10 milyard dollar sərmayə qoyacağını bildirir.

Malik Atilay

 





29.03.2024    çap et  çap et