525.Az

Xirosimada tapılan qol saatı 31 min dollara satılıb


 

Xirosimada tapılan qol saatı 31 min dollara satılıb<b style="color:red"></b>

1945-ci ildə Yaponiyanın cənub-qərbində atom bombası atılmış Xirosimadan illər sonra tapılan ərimiş qol saatı 31 min 113 dollara satılıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, ABŞ-nin Boston şəhərində keçirilən "RR Auction" hərracında bombalanmış Xirosimanın xarabalıqlarından çıxarılan, əriyən qol saatı 31 min 113 dollara satılıb.

Saatı alan müştərinin adı açıqlanmayıb.

Hərracın verdiyi açıqlamada məşhur qol saatı “nüvə əsrinin şəfəqinin əlaməti və sivilizasiyanın alaqaranlığının müjdəçisi” kimi təsvir edilib.

Qeyd edək ki, saatı təcili yardım ləvazimatlarını çatdırmaq üçün şəhərə gələn Britaniya əsgəri tapıb.

Malik Atilay

 





29.03.2024    çap et  çap et