525.Az

Rusiya XİN: 102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır


 

Rusiya XİN: 102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır<b style="color:red"></b>

Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması respublikanın suverenliyinin yeganə real təminatıdır.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında hazırlanan “Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa, Avropada daha çox Ermənistan” adlı hesabatı şərh edən bəyanatında bildirib.

 





29.03.2024    çap et  çap et