525.Az

Fransa bu il fələstinli qaçqınlara 30 milyon avro yardım edəcək


 

Fransa bu il fələstinli qaçqınlara 30 milyon avro yardım edəcək<b style="color:red"></b>

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine ölkəsinin bu il Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə 30 milyon avro yardım edəcəyini bildirib.

525.az xəbər verir ki, Lemoine nazirliyin həftəlik mətbuat konfransında Fransanın İsrail hakimiyyətinin UNRWA-nın Qəzza zolağının şimalına humanitar yardım çatdırmasına qadağa qoymasından təəssüfləndiyini bildirib.

Bölgədə aclıqdan ölən mülki vətəndaşların olduğuna diqqət çəkən Lemoine, İsrail səlahiyyətlilərindən qərarlarını yenidən nəzərdən keçirmələrini istəyib.

Qeyd edək ki, Lemoine Fransanın bu il UNRWA-nın fəaliyyətinə 30 milyon avro yardım edəcəyini vurğulayıb.

Məhəmməd Tağıyev

 





29.03.2024    çap et  çap et