525.Az

Olimpiada üçün Fransaya əlavə qüvvələr göndəriləcək


 

Olimpiada üçün Fransaya əlavə qüvvələr göndəriləcək<b style="color:red"></b>

Fransa Müdafiə Nazirliyi bir çox ölkələrin Olimpiya Oyunları zamanı Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

525.az xəbər verir ki, ötən həftə Rusiyanın paytaxtı Moskvada 143 nəfərin həyatını itirdiyi terror aktı Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransada çaxnaşmaya səbəb olub. 

Belə ki, Fransa Müdafiə Nazirliyi bu müddət ərzində bir çox ölkənin Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, iyulun 26-da Paris Olimpiadasının açılış mərasimində 45 min jandarm və polis əməkdaşı iştirak edəcək.

Məhəmməd Tağıyev

 





29.03.2024    çap et  çap et