Rusiya Moldovanın Moskvadakı səfirliyində çalışan diplomatı deportasiya etmək qərarına gəlib.
525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfiri Lipian Dariyin nazirliyə çağırıldığını açıqlayıb. Açıqlamada Moldovanın martın 19-da ölkədəki rus diplomatını deportasiya etmək qərarına etiraz edildiyi bildirilib.
Qeyd edək ki, Moldova Rusiyanın Dnestryanı bölgəsində keçiriləcək prezident seçkiləri üçün səsvermənin təşkili ilə əlaqədar bir rus diplomatını deportasiya etmək qərarına gəlmişdi.
Məhəmməd Tağıyev
çap et