Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
525.az xəbər verir ki, Yunanıstanın Peloponnes yarımadasının qərbində 5,7 bal gücündə zəlzələ baş verib. Afina Geodinamik İnstitutu zəlzələnin yerin 18 kilometr dərinliyində olduğunu açıqlayıb. Zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib.
Qeyd edək ki, yerli vaxtla saat 09:12-də baş verən zəlzələ ilə bağlı hələ ki, hər hansı dağıntı qeydə alınmayıb.
Məhəmməd Tağıyev
çap et