525.Az

Rumıniyanın energetika naziri Azərbaycana gəlir


 

Rumıniyanın energetika naziri Azərbaycana gəlir<b style="color:red"></b>

Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Azərbaycana səfər edəcək.

525.az "Report"a istinadən xəbər verir ki, səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclasında iştriak etməkdir.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Nazirlərin birgə mətbuat konfransı da nəzərdə tutulur.

 





30.03.2024    çap et  çap et