525.Az

Həmyerlimiz Rusiyada deputat seçilib


 

Həmyerlimiz Rusiyada deputat seçilib<b style="color:red"></b> Həmyerlimiz Rusiyada deputat seçilib.
 
Lent.az-ın məlumatına görə, sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına  deputat seçilib.

550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib. 1972-ci ildə Astarada doğulan E. Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutunu bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.

25 ildir Rusiyada yaşayan həmyerlimiz  1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionunda səlahiyyətli nümayəndəsidir.
 





23.09.2014    çap et  çap et