525.Az

Oktay Kaynarca Emin Həsənli ilə bir arada


 

Oktay Kaynarca Emin Həsənli ilə bir arada<b style="color:red"></b>

Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və Qardaşlığımız Əbədidir QHT kolisiyasın sədri Emin Həsənli tanınmış aktyor Oktay Kaynarca ilə görüşüb.

525.az Herbiand.az-a istinadən xəbər verir ki, “Mən bu cahana sığmazam” filminin çəkiliş meydançasında olan Emin Həsənli ötən il seriyalın bölümlərindən birində Azərbaycan xəritəsi ilə bağlı yaranmış texniki problemlərə operativ reaksiyasına görə aktyora təşəkkür edib.

Daha sonra Oktay Kaynarca baş rol aldığı seriyalın Azərbaycanda sevilməsindən məmnun olduğunu bildirib. Aktyor Emin Həsənliyə Turan sevdalısı olduğunu, Azərbaycan və Türkiyənin qardaşlığından güc aldığını bildirib.

Aktyor İnstaqram səhifəsinin İstanbuldan sonra ən çox Bakıda izləndiyindən məmnun olduğunu, baş rol aldığı filmin Azərbaycanda da maraqla qarşılandığından xəbərdar olduğunu bildirib.

Emin Həsənli son zamanlar Türkiyədə lentə alınan filmlərdə Türk birliyi üçün mühüm  mesajlar verildiyini vurğulayıb.

Sonda Oktay Kaynarca Emin Həsənliyə təsbeh hədiyyə edib.

Xatırladaq ki, ötən il seriyalın bölümlərindən birində Azərbaycanın xəritəsində yanlışlığa yol verimişdi. Bununla bağlı Azərbaycan cəmiyyətində yaranmış narahatlıqdan xəbər tutan Oktay Kaynarca Emin Həsənliyə telefon açaraq texniki problemə görə təəssüfünü bildirmiş və bu yanlışlığın tez bir zamanda aradan qaldırılacağına söz vermişdi.

 





31.03.2024    çap et  çap et