525.Az

Türkiyədə seçkidə qarşıdurma - 2 ölü, 11 yaralı


 

Türkiyədə seçkidə qarşıdurma - <b style="color:red">2 ölü, 11 yaralı</b>

Türkiyədə keçirilən bələdiyyə seçkilərində qeydə alınan insident zamanı iki nəfər ölüb.

525.az Modern.az-a istinadən xəbər verir ki, Diyarbəkir vilayətinin cənub-şərqində yaranan mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Vətəndaşlar dəyənək, daş və odlu silahdan istifadə edərək bir-birinə hücum etməyə başlayıblar. Nəticədə bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bursa vilayətinin qərbində baş verən münaqişədə isə bir yerli sakin həlak olub, biri üç yaşlı uşaq olmaqla iki nəfər yaralanıb.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

 





31.03.2024    çap et  çap et