525.Az

VIII qrant müsabiqəsinə sənəd qəbulu başa çatır


 

VIII qrant müsabiqəsinə sənəd qəbulu başa çatır<b style="color:red"></b>

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır.

Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Layihə sənədlərinin qəbulu grants.edu.az saytı üzərindən həyata keçirilir.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.

Sevinc Qarayeva 

 





01.04.2024    çap et  çap et