525.Az

Qərb illüziyalara son qoymalıdır


 

Qərb illüziyalara son qoymalıdır<b style="color:red"></b>

“Qərb münaqişənin dondurulacağı ilə bağlı illüziyalara son qoymalı, ölkəmizin silah-sursatla təminatını gücləndirməlidir”.

APA-nın  xəbərinə görə, bunu Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, bunun üçün Qərbdəki müdafiə sənayesi komplekslərinin istehsal gücü artırılmalıdır.

Qeyd edək ki, M. Podolyak bir qədər əvvəlki açıqlamasında Rusiya ordusunun ölkəsinin ərazisində sürətlə irəlilədiyi və Ukrayna hərbçilərinə mövqelərin müdafiəsi üçün fürsət vermədiyi barədə açıqlama verib.

Bu faktor ABŞ Dövlət Departamentinin bəyanatında da əksini tapıb. Bildirilib ki, Urkayna ordusu ərazi itkilərinin qarşısını almağa qadir deyil.

 





01.04.2024    çap et  çap et